Mario Mandzukiç “Milan”la müqaviləni rəsmiləşdirib

 Mario Mandzukiç “Milan”la müqaviləni rəsmiləşdirib
# 19 yanvar 2021 14:54 (UTC +04:00)

Mario Mandzukiçin “Milan”a keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xorvatiyalı forvard “rossonyerlər”lə mövsümün sonuna qədər müqavilə imzalayıb. Sözləşmədə yer alan bəndə əsasən, “Milan” bu müddəti daha bir il uzatmaq hüququna malikdir.

Qeyd edək ki, Mario Mandzukiçin son klubu Qətər təmsilçisi “Əl-Duhail” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR