Meksika millisinin sabiq futbolçusu koronavirusdan ölüb

Meksika millisinin sabiq futbolçusu koronavirusdan ölüb
# 15 iyun 2020 10:03 (UTC +04:00)

Meksika millisinin sabiq futbolçusu Aaron Padilya vəfat edib.

Apasport.az saytının məlumatına görə, onun ölümünə səbəb koronavirus infeksiyasına yoluxması olub.

Bir neçə gün əvvəl bu virusa yoluxan 77 yaşlı keçmiş oyunçunun müayinəsinin heç bir köməyi olmayıb.

Qeyd edək ki, Aaron Padilya Meksika millisinin heyətində 55 oyunda 8 qol vurub. O, iki dünya çempionatında (1966, 1970) iştirak edib. Padilya ölkəsində "Pumas", "Atlante" və "Verakrus" klublarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR