“Milan” Hakan Çalhanoğlunu 2024-cü ilədək saxlayacaq

“Milan” Hakan Çalhanoğlunu 2024-cü ilədək saxlayacaq
# 28 iyun 2020 13:02 (UTC +04:00)

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçi üçün 3 illik anlaşma hazırlayıb.

Türkiyə millisinin 26 yaşlı futbolçusunun indiki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək Milanın eyniadlı təmsilçisində qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR