"Milan" "Real"ın 4 futbolçusunu istəyir

"Milan" "Real"ın 4 futbolçusunu istəyir
# 30 may 2020 23:33 (UTC +04:00)

"Real"ın bir neçə futbolçusu "Milan"ın transfer gündəmindədir.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" konkret olaraq "kral klubu"nun 4 oyunçusuna elçi düşüb.

Bunlar müdafiəçi Eder Militao, yarımmüdafiəçilər Martin Edeqor, Lukas Vaskes və hücumçu Luka Yoviçdir. Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə problemi yaşayan madridlilər də vəziyyətdən çıxış yolu kimi bir neçə oyunçusunu satmağı planlaşdırır. Adıçəkilən futbolçuların keçidi ilə bağlı klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, "Milan" hazırda A seriyasında 36 xalla 7-ci pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR