“Napoli” 4 futbolçusunu transferə çıxarıb

“Napoli” 4 futbolçusunu transferə çıxarıb
# 28 dekabr 2020 22:13 (UTC +04:00)

İtaliyanın “Napoli” klubu heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, neapollular qış fasiləsində yola salmaq istədiyi futbolçuları müəyyənləşdirib.

Klub prezidenti Aurelio de Laurentis idman direktoru Kristian Cuntoliyə 4 oyunçunun satılmasını tapşırıb. Rəhbərlik müdafiəçilər Fauzi Qulam, Kevin Malkyui, həmçinin hücumçular Arkadiuş Milik və Fernando Lyorenteni transferə çıxarıb. Milik özü də ayrılmaq istədiyini idman direktoruna bildirib.

Qeyd edək ki, Milik “Yuventus”un, Lyorente isə “Milan”ın maraq dairəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR