PSJ ölkə simvolunu Maykl Cordanla əvəzləyib

PSJ ölkə simvolunu Maykl Cordanla əvəzləyib
# 15 yanvar 2021 09:37 (UTC +04:00)

Fransanın PSJ klubu loqosunu dəyişib.

Apasport.az saytının məlumatına görə, parislilər sponsorlara görə bu addıma əl atıb.

Komanda gələn mövsümdən qeyri-adi loqo ilə təmsil olunacaq. Rəhbərlik emblemdəki Fransanın simvolu olan Eyfel qülləsini çıxararaq, yerinə əfsanəvi basketbolçu Maykl Cordanın şəklini qoyacaq.

Qeyd edək ki, əvvəllər PSJ-nin üçüncü forması NBA formasına uyğun dizayn edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR