Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb
# 29 aprel 2020 16:01 (UTC +04:00)

"Milan"ın qapıçısı Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper daha bir il oynamaq niyyətindədir.

Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən İspaniya millisinin sabiq üzvü gələn ilin yayında butslarını mıxdan asacağını bildirib: "Aston Villa" ilə icarə müqaviləm başa çatdıqdan sonra "Milan"a qayıdacağam. Daha 1-2 il oynamalıyam. Yəqin ki, gələn mövsümün sonunda futboldan gedəcəyəm. Ondan sonra bəlkə məşqçiliyə başladım".

Qeyd edək ki, Pepe Reyna karyerası ərzində "Barselona", "Vilyarreal", "Liverpul", "Napoli" və "Bavariya"da da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR