Premyer Liqanın autsayderi baş məşqçisini istefaya göndərib

Premyer Liqanın autsayderi baş məşqçisini istefaya göndərib
# 01 dekabr 2019 17:16 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən “Uofford” klubu baş məşqçi Kike Sançes Floresi istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.

Sonuncu pillədə qərarlaşan komanda 54 yaşlı ispaniyalı ilə yollarını ayırmağa qərar verib. Bu ilin sentyabrında baş məşqçi təyin olunan çalışdırıcı ilə 10 matçda yalnız bir qələbə əldə olunub və 8 xal toplanıb.

Qeyd edək ki, dünən “Sauthempton”a 1:2 hesabı ilə uduzan autsayderin yeni baş məşqçisinin kimliyinə yaxın müddətdə aydınlıq gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR