“Qarabağ” Nurlan İbrahimova görə apelyasiya şikayəti edib

“Qarabağ” Nurlan İbrahimova görə apelyasiya şikayəti edib
# 14 dekabr 2020 14:58 (UTC +04:00)

“Qarabağ” klubu mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun cəzası ilə bağlı apelyasiya məhkəməsinə şikayət edib.

Bu barədə apasport.az saytına İbrahimov özü məlumat verib.

O bildirib ki, UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən ömürlük cəza ilə bağlı apelyasiya müraciəti olunub. Qurumun 10-15 gün ərzində məsələyə baxması gözlənilir.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR