Paşha Bank
Bank Of Baku

Rusiya ordusu Odessada İzmail limanına zərbə endirib

Rusiya ordusu Odessada İzmail limanına zərbə endirib
# 23 noyabr 2026 09:54 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın enerji, logistika və liman infrastruktur obyektlərinə zərbələr endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dnepropetrovskda Ukrayna hərbi-sənaye kompleksi obyektlərini təchiz edən elektrik yarımstansiyasına zərbə endirilib.

"Dnepropetrovsk vilayətindəki Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə hücum edilib. Odessa vilayətindəki İzmail limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın çatdırılmasında iştirak edən liman infrastruktur obyektlərinə zərbələr endirilib. Qara dənizdə, Odessanın cənub-qərbində quru yük daşıyan gəmiyə də hücum edilib", - Rusiya MN-nin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR