“Qarabağ” UEFA-ya avrokubokun qrup mərhələsi üçün iştirak ərizəsini göndərib

“Qarabağ” UEFA-ya avrokubokun qrup mərhələsi üçün iştirak ərizəsini göndərib
# 06 oktyabr 2020 14:55 (UTC +04:00)

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi bilinib.

Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov qrupda xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirib.

Azərbaycan çempionunun heyətində pley-offun oyunu ilə müqayisədə heç bir yenilik olmayıb. Komandanın iştirak ərizəsində ümumilikdə 23 futbolçu - 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov
Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, “Qarabağ” İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Ağdam təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR