"Qarabağ" və "Sumqayıt" Azərbaycan kubokunda yarımfinala yüksəlib

"Qarabağ" və "Sumqayıt" Azərbaycan kubokunda yarımfinala yüksəlib
# 06 fevral 2021 19:59 (UTC +04:00)

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün mərhələnin iki görüşü baş tutub.

Bu qarşılaşmalardan sonra ilk yarımfinal cütü müəyyənləşəcək. Matçlardan biri Qəbələ, digəri Bakıda keçirilib.

“Qəbələ” evdə “Qarabağ”ı qəbul edib. Beş gün öncə 3:1 hesablı qələbə qazanan ağdamlılar sensasiyaya imkan verməyib. Səfər görüşündə rəqib qapısından üç cavabsız top keçirən Qurban Qurbanovun kollektivi yarımfinala adlayıb.

“Səbail” “Sumqayıt”la üz-üzə gəlib. Səfərdə minimalhesablı qələbə qazanan bakılılar bu üstünlüyü qoruya bilməyib. "Sumqayıt" revanşda minimal hesabla qələbə qazanıb. Səfər qolları sayəsində Ayxan Abbasovun yetirmələri yoluna davam edib.

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək “Kəpəz” – “Keşlə” və “Zirə” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Azərbaycan kuboku
1/4 final
Cavab oyunları

6 fevral (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ” - 0:3
Qollar:
Maksim Medvedev, 6, Patrik Andrade, 45+4 (pen.), 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 13. Yurgen Qoxa, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu
İlk oyun – 1:3

18:00. “Səbail” – “Sumqayıt” - 1:2
Qollar:
Əfran İsmayılov, 90+6 (pen.) - Rəhim Sadıxov, 20 (pen), Əli Qurbani, 23
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28 Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev
Baş məşqçi: Aftandil Hacıyev
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“ASCO Arena”
İlk oyun – 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR