“Qarabağ”da koronavirusa yoluxan futbolçular sağalıb

“Qarabağ”da koronavirusa yoluxan futbolçular sağalıb
# 23 dekabr 2020 15:53 (UTC +04:00)

“Qarabağ”da koronavirusdan əziyyət çəkən futbolçuların durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, qapıçı Şahrudin Məhəmmədəliyev və hücumçu Xayme Romero artıq sağalıb.

Həm milli komandamızın qolkiperi, həm də ispaniyalı ön xətt oyunçusunun 14 gülük karantin müddəti bitib. Son testi neqativ çıxan ağdamlıların aparıcı üzvləri artıq məşqlərə də qoşulublar. Ancaq onların sabah “Zirə”yə qarşı keçiriləcək ilin son matçında iştirakı sual altındadır.

“Qarabağ” komanda şəklində bu gün daha bir test verib. Onlar arasında Şahrudinlə Xayme də olub. Məhz bunun nəticəsinə görə kimin “Zirə” ilə görüşə hazır olacağı müəyyənləşəcək.

Qeyd edək ki, sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Zirə” matçı saat 16:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR