“Qarabağ”ın "Vilyarreal"la oyununun hakimi açıqlanıb

“Qarabağ”ın "Vilyarreal"la oyununun hakimi açıqlanıb
# 08 dekabr 2020 12:30 (UTC +04:00)

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Vilyarreal” klubu ilə keçirəcəyi son matçın hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA oyuna Ukraynadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Vilyarrealda baş tutacaq qarşılaşmada Mikola Balakin ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Andrey Skripka və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da “De La Seramika” stadionunda keçiriləcək “Vilyarreal” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR