Robert Prosineçki “Dənizlispor”un baş məşqçisi təyin olunub

Robert Prosineçki “Dənizlispor”un baş məşqçisi təyin olunub
# 10 avqust 2020 23:08 (UTC +04:00)

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi xorvatiyalı mütəxəssis Robert Prosineçkinin təyinatını açıqlayıb.

Ötən mövsümün gedişində “Kayserispor”un baş məşqçisi təyin olunan, lakin komandası ilə sonuncu yeri tutan 51 yaşlı mütəxəssis “yaşıl-qaralar”ın “sükanı arxası”na keçib. Onunla müqavilə avqustun 14-də imzalanacaq.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Kayseri təmsilçisində keçirdiyi 19 matçda 6 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətə şahid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR