Rəşad Sadıqov: “Xocavənd – 28 illik həsrət bitir”

Rəşad Sadıqov: “Xocavənd – 28 illik həsrət bitir”
# 02 oktyabr 2020 12:43 (UTC +04:00)

Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycan əsgərlərinin sərgilədiyi şücaətə və “Qarabağ” klubunun Avropa Liqasının pley-off mərhələsində “Legiya” üzərindəki qələbəsinə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı bununla bağlı sosial şəbəkədə paylaşımlar edərək, dəstəyini göstərib.

Uzun illər formasını geyindiyi Ağdam klubunun Polşadakı 3:0 hesablı qalibiyyətini əks etdirən videonu paylaşan Sadıqov “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan əsgəri” və “Xocavənd – 28 illik həsrət bitir” sözlərini yazıb.

Qeyd edək ki, Rəşad Sadıqov bu ilin yayında “Qarabağ”ın futbolçusu kimi karyerasını başa vuraraq, “Zirə”nin baş məşqçisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR