“Səbail” Premyer Liqada 25-ci qələbəsini qazanıb

“Səbail” Premyer Liqada 25-ci qələbəsini qazanıb
  • Clock-gray 10:51
  • calendar-gray 09 Noyabr 2020

“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, yubiley IX turun “Sumqayıt”la matçına təsadüf edib. 

2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda 25-ə çatıb. Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.

Qeyd edək ki, paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.

ApaSport

Digər xəbərlər