“Sumqayıt”da 10 futbolçunun koronavirus testi pozitiv çıxıb

“Sumqayıt”da 10 futbolçunun koronavirus testi pozitiv çıxıb
  • Clock-gray 13:35
  • calendar-gray 13 Dekabr 2020

“Sumqayıt”ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.

Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv çıxıb. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. 

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər.

ApaSport

Digər xəbərlər