“Sumqayıt”da koronavirus testinin nəticələri bilinib

“Sumqayıt”da koronavirus testinin nəticələri bilinib
# 19 dekabr 2020 13:42 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XII turunda “Zirə” ilə qarşılaşacaq “Sumqayıt”da koronavirus testlərinin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisində bütün komandanın testi neqativ çıxıb.

Son olaraq yoluxma aşkarlanan və 14 günlük karantin müddəti yeni bitən 10 futbolçunun da sağaldığı müəyyənləşib. “Zirə”də də heç bir yoluxma olmadığından, bu komandaların duelinin baş tutmasına heç bir maneə qalmayıb. Lakin “Sumqayıt”da yoluxmadan yeni sağalan oyunçular məşq etmədiklərindən, növbəti görüşdə baş məşqçi Ayxan Abbasovun sərəncamında olmayacaqlar.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Zirə” – “Sumqayıt” görüşü saat 16:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR