“Top-5” liqasında ən çox driblinq edən futbolçuların adları bəlli olub

“Top-5” liqasında ən çox driblinq edən futbolçuların adları bəlli olub
# 31 mart 2021 16:53 (UTC +04:00)

Avropanın “Top-5” liqasında cari mövsüm ən çox driblinq edən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilk “10-luğ”a düşə bilməyib.

Cədvələ “Vulverhempton”un cinah oyunçusu Adama Traore başçılıq edir. Traore Premyer Liqada orta hesabla hər matçda 5,4 dəfə rəqiblərini təkbətək mübarizədə üstələyib. Onu “Barselona”nın kapitanı Lionel Messi izləyir. Argentinalı superulduzun La Liqada 113 keçidi qarşısıalınmaz olub.

PSJ-nin lideri Kilian Mbappe özünə yalnız 10-cu pillədə yer tapa bilib.

Ən çox driblinq edən 10 futbolçu:
1. Adama Traore (“Vulverhempton”) - 118 driblinq
2. Lionel Messi (“Barselona”) - 113
3. Xavi Qalan (“Ueska”) - 93
4. Rodriqo de Paul (“Udineze”) - 92
5. Andre-Frank Zambo Anquissa (“Fulhem”) - 82
6. Lüdovik Blas (“Nant”) - 80
7. Romain Fayvre (“Brest”) - 79
8. Junior Messias (“Krotone”) - 78
9. Ceremi Doku (“Renn”) - 75
10. Kilian Mbappe (PSJ) - 72

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR