“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib

“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
  • Clock-gray 17:13
  • calendar-gray 23 Sentyabr 2020

Türkiyə klubu “Trabzonspor” transfer çalışmalarını davam etdirir.

 

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi növbəti keçidini reallaşdırıb.

 

Qara dənizlilər İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester”in hücumameyilli oyunçusu Fousseni Diabateni heyətinə cəlb edib. Razılığa əsasən, 25 yaşlı malili futbolçu qarşıdalı 3 ili “Trabzonspor”da keçirəcək.

 

Qeyd edək ki, Fousseni Diabate 2018-19 mövsümünü icarə əsasında Türkiyənin digər klubu “Sivasspor”da keçirib.

apa-logo-mini

Digər xəbərlər