Türkiyə kubokunda sensasiya qeydə alınıb

Türkiyə kubokunda sensasiya qeydə alınıb
# 16 dekabr 2020 23:56 (UTC +04:00)

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 5 oyun keçirilib.

Bir oyundan ibarət qarşılaşmaların birində sensasiya baş verib. Abdullah Avcının gəlişindən sonra yüksəlişə keçən “Trabzonspor” aşağı liqa təmsilçisi “Adana Dəmirspor”la bacarmayıb. Qollu bərabərliklə nəticələnən görüşdə penaltilər seriyasını daha dəqiq yerinə yetirən adanalılar növbəti mərhələyə adlayıb. “Bordo-mavililər” isə gözlənilmədən mübarizəni dayandırıblar.

Digər oyunlarda Super Liqa təmsilçiləri “Ərzurum BB”, “Qaziantep”, “Alanyaspor” və “Fənərbaxça” aşağı liqa klubları üzərində qələbə qazanaraq, adlarını 1/8 finala yazdırıblar.

Dünən başlayan mərhələnin qalan matçları dekabrın 17-də keçiriləcək.

Türkiyə kuboku
1/16 final
16 dekabr
“Ərzurum BB” – “Erokspor” – 5:1

Əmrah Başsan, 7, 20, Hamrun, 29, Osman Çəlik, 66, Ömər Şişmanoğlu, 76 – Muammer Sarıkaya, 24
“Qaziantep” – “Kocaelispor” – 3:2
Kozulj, 39, Mirallas, 65, Maksim, 82 – Bahattin Köşe, 15, Cerem Dincer, 88
“Alanyaspor” – “Adanaspor” – 5:1
Mustafa Pektemek, 14, 69, Fatih Aksoy, 17, Umut Günəş, 85, Bareyro, 90+1 – Roni, 25
“Trabzonspor” – “Adana Dəmirspor” – 2:2 (pen. 3:4)
Uqo, 55, 90+3 – Yunus Akgün, 47, Mehmet Akyüz, 79
“Fənərbaxça” – “Karacabəy Bələdiyyəspor” – 1:0
Onur Özcan, 11 (avtoqol)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR