UEFA yarımçıq qalacaq çempionatlar barədə qərar verib

UEFA yarımçıq qalacaq çempionatlar barədə qərar verib
# 23 aprel 2020 14:58 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən dayandırılan çempionatlar başa çatdırılmasa, avrokuboklaırn iştirakçıları idman prinsiplərinə əsasən müəyyənləşəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

UEFA 2019/20 mövsümünün iyulun 31-dək başa çatdırılmasını istəsə də, hadisələrin istənilən axarda davam etməməsinə də hazırdır. Bu gün keçirilən videotoplantıda qərara alınıb ki, yarımçıq qalan çempionatlar mövcud turnir cədvəlinə əsasən avrokuboklarda təmsil olunacaq.

Bu qərarla əgər Azərbaycan Premyer Liqası bərpa olunmasa, “Qarabağ” Çempionlar Liqasına, “Neftçi”, “Keşlə” və “Sumqayıt” Avropa Liqasına yollanacaq.

Qeyd edək ki, hazırda Belarus istisna olmaqla, Avropadakı bütün milli çempionatlar dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR