“Zirə” – “Neftçi” oyununun vaxtı açıqlanıb

“Zirə” – “Neftçi” oyununun vaxtı açıqlanıb
# 17 fevral 2021 11:43 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək turun qarşılaşmaları fevralın 25-də baş tutacaq.

Turun mərkəzi qarşılaşmasında liderlər qrupunda qərarlaşan “Neftçi” və “Zirə” üz-üzə gələcək. Son çempion “Qarabağ” isə “Səbail”lə görüşəcək.

Azərbaycan Premyer Liqası
XVII tur

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 16:00 (canlı/CBC Sport)

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 15:00 (canlı/Pfl.az)

“Sabah” – “Keşlə”
“Bank Respublika Arena”, 17:30 (canlı/Pfl.az)

“Qarabağ” – “Səbail”,
“Azersun Arena”, 18:30 (canlı/CBC Sport)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR