AFFA "Düdelanj" - "Qarabağ" oyunundakı təxribata görə UEFA-ya rəsmi müraciət edəcək

AFFA "Düdelanj" - "Qarabağ" oyunundakı təxribata görə UEFA-ya rəsmi müraciət edəcək
  • Clock-gray 01:49
  • calendar-gray 04 Oktyabr 2019

AFFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) oyunda yaşanan təxribata reaksiya verib. 

APA-nın qurumun feysbuq səhifəsinə istinadən məlumata görə, xoşagəlməz hadisə ilə bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb və narazılığını bildirib. 

Assosiasiya oktyabrın 4-də isə Avropa futbol qurumuna rəsmi qaydada müraciət edəcək.

Qeyd edək ki, təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date