Avropa Liqasında qanunsuz oynayan kluba görə Superliqa cəzalanıb

Avropa Liqasında qanunsuz oynayan kluba görə Superliqa cəzalanıb
# 13 sentyabr 2019 13:28 (UTC +04:00)

UEFA İsveçrə Superliqasını cəzalandırıb.

APA-nın məlumatına görə, buna “Syon” klubunun 2 öncə avrokuboklarda qanunsuz iştirakı səbəb olub.

İsveçrə Liqaya komandaya qitə miqyaslı turnirlərdə iştirak üçün lisenziya verərkən səhvə yol verib. UEFA da həmin problemi nəzərdən qaçırdığından “Syon” Avropa Liqasında mübarizə aparıb. Bu səhvə görə İsveçrə Liqası 50 min avro cərimələnib.

Qeyd edək ki, lisenziya ilə bağlı problemləri olan “Syon” 2017/18 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Litva təmsilçisi “Suduva”ya uduzub – 0:3, 1:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR