Avropa Liqasında turun rəmzi komandası açıqlanıb

Avropa Liqasında turun rəmzi komandası açıqlanıb
  • Clock-gray 11:51
  • calendar-gray 20 Sentyabr 2019

Avropa Liqasında qrup mərhələsinin I turunun rəmzi komandası açıqlanıb.

APA-nın məlumatına görə, A qrupunun Bakıda keçirilən “Qarabağ” – “Sevilya” matçının iştirakçıları “11-lik”dən kənarda qalıblar.

Hətta 3:0 hesabı ilə qalib gələn İspaniya klubunun üzvləri də rəmzi komandaya layiq görülməyiblər. Heyətdə “Arsenal”ın daha çox – 3 üzvü yer alıb. “Lüdoqorets”in iki futbolçusu bura daxil edilib.

Qapıçı: Emiliano Martinez (Arsenal);
Müdafiəçilər: Anton Nedyalkov (Lüdoqorets), Kalum Çambers (Arsenal), Aksel Tuanzebe (Mançester Yunayted), Borna Barişoç (Reyncers);
Yarımmüdafiəçilər: Bukayo Saka (Arsenal), Bibras Natxo (Partizan), Nikolo Zaniolo (Roma), Kevin Bua (Bazel);
Hücumçular: Klaudiu Keseru (Lüdoqorets), Andraz Şporar (Slovan).

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date