Azərbaycan çempionatında 10 komanda olacaq

Azərbaycan çempionatında 10 komanda olacaq
  • Clock-gray 13:03
  • calendar-gray 20 Avqust 2019

Futzal üzrə Azərbaycan çempionatının püşkatmasının vaxtı dəqiqləşib.

APA-nın məlumatına görə, 2019-2020-ci il mövsümünün püşkü sentyabrın 4-də atılacaq.

Bakı İdman Sarayının mətbuat konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.

Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib. Bunlar “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK, “Baku Fire”, “Marafon Futsal”, “Record club”, “Xəzər” (Yardımlı), “Quba Premyer”, TFF-55 komandalarıdır. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date