Azərbaycan klubları avrokuboklar tarixində 4-cü dəfə səfərdə böyükhesablı qələbə qazanıb - VİDEO

Azərbaycan klubları avrokuboklar tarixində 4-cü dəfə səfərdə böyükhesablı qələbə qazanıb - VİDEO
# 12 iyul 2019 09:30 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsi “Neftçi” üçün tarixi qələbə ilə əlamətdar olub.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubu tarixində ilk dəfə səfərdə keçirdiyi avrokubok matçında böyükhesablı qələbə qazanıb.

Bu, Moldova “Speranta”sı ilə ilk oyuna təsadüf edib. 3:0 hesablı qələbə qazanan “ağ-qaralar” bunadək rəqib meydanlarında üç və ya daha çox top fərqilə qalib gəlməmişdi.

Ümumiyyətlə, 1994-cü ildə avrokuboklarda debüt edən Azərbaycan futbolunun tarixində üç belə qələbə var idi. “Neftçi”yə qədər iki dəfə “İnter” (indiki “Keşlə”), bir dəfə “Qarabağ” səfərdə böyük hesabla qalib gəlib.

Qeyd edək ki, bu, ümumilikdə Azərbaycan klublarının 15-ci böyükhesablı qələbəsidir. Onlardan 11-i evdə əldə olunub. “Neftçi” isə ikinci dəfə belə uğura imza atıb. Bakılılar 7 il öncə Bakıda “Zestafoni”nin (Gürcüstan) qapısından üç cavabsız top keçirib.

Azərbaycan klublarının avrokuboklarda böyükhesablı səfər qələbələri
30.06.2011. Banqa (Litva) – Qarabağ - 0:4
05.07.2012. Trans (Estoniya) – İnter - 0:5
29.06.2017. Mladost (Serbiya) – İnter - 0:3
11.07.2019. Speranta (Moldova) – Neftçi - 0:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR