Azərbaycan Premyer Liqasında turun futbolçusu açıqlanıb

Azərbaycan Premyer Liqasında turun futbolçusu açıqlanıb
# 12 noyabr 2019 14:06 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında XI turun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.

APA-nın məlumatına görə, “İnStat” şirkətinin təhlilinə əsasən, turun ən yaxşısı Merab Qiqauri olub.

“Qəbələ”nin gürcüstanlı legioneri “Səbail”lə görüşdə (3:0) aldığı yüksək indeksə görə hamını qabaqlayıb. Ümumiyyətlə isə rəmzi komandada “qırmızı-qaralar” daha çox – 8 futbolçu ilə təmsil olunub.

Qapıçı: Anar Nəzirov – 250 (“Qəbələ”)
Müdafiəçilər: Yusif Nəbiyev - 257 (“Qəbələ”), Anton Krivotsyuk – 282 (“Neftçi”)-2, Franko Flores - 278 (“Keşlə”)-4, Qismət Alıyev - 245 (“Qəbələ”)-2
Yarımmüdafiəçilər: Ülvi İsgəndərov – 247 (“Qəbələ”), Merab Qiqauri - 319 (“Qəbələ”)-3, Fernan Lopez - 308 (“Qəbələ”)-2, Roman Hüseynov – 250 (“Qəbələ”)
Hücumçular: Davit Volkov - 313 (“Qəbələ”)-3, Əmir Ağayev - 309 (“Sumqayıt”)-2
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR