“Düdelanj”ın futbolçusu: “Qarabağ” APOEL qədər güclü deyil”

“Düdelanj”ın futbolçusu: “Qarabağ” APOEL qədər güclü deyil”
# 22 oktyabr 2019 18:00 (UTC +04:00)

“Qarabağ”la oyunda qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi”.

APA-nın məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun futbolçusu Mikael Qaros deyib.

O, Avropa Liqasının “Qarabağ”la oyununda (1:4) aldığı qırmızı vərəqə haqda danışıb. M.Qaros hakim səhvindən şikayətlənib, həmçinin 4:3 hesabı ilə məğlub etdikləri APOEL-in “Qarabağ”la müqayisədə daha güclü olduğunu bildirib: “Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. Təəssüf ki, bu qırmızı vərəqə üzündən “Sevilya” ilə “Sançes Pisxuan”dakı matçı buraxacağam. “Qarabağ” APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR