Ermənistan yığması İtaliyada antirekordla üzləşib - 1:9

Ermənistan yığması İtaliyada antirekordla üzləşib - 1:9
  • Clock-gray 13:14
  • calendar-gray 19 Noyabr 2019

AVRO-2020-nin seçmə mərhələsinin son turu Ermənistan yığmasının uğursuzluğu ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, İtaliyada meydan sahibləri ilə qarşılaşan ermənilər tarixlərinin ən böyük hesablı məğlubiyyətini alıblar.

Appeninlilər qonaqlara 9:1 hesabı ilə qalib gəliblər.

İlk görüşünü 1992-ci ildə keçirən Ermənistan bunadək ən pis halda 7 top fərqi ilə uduzmuşdu. Onlar 1997-ci il yanvarın 4-də Çili, martın 30-da isə Gürcüstana 0:7 hesabı ilə məğlub olmuşdular. İtaliya isə ev oyununda qonaqlara yeni antirekord yaşadıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date