İspaniyalı futbolçu “Qarabağ”da 150-ci oyununu keçirib

İspaniyalı futbolçu “Qarabağ”da 150-ci oyununu keçirib 
  • Clock-gray 22:47
  • calendar-gray 23 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu “Qarabağ”da yubileylə əlamətdar olub.

APA-nın məlumatına görə, Şimali İrlandiyada “Linfild”ə qarşı matçda meydana çıxan Markos Madera Ağdam klubunun heyətində 150-ci oyununu keçirib.

Miçel kimi tanınan ispaniyalı yarımmüdafiəçinin yubileyi uğursuz alınıb. Onun komandası 2:3 hesabı ilə uduzub, futbolçunun özü isə sarı vərəqə ilə cəzalanıb. “Qarabağ”da 150 matç keçirən Miçelin debütü 4 il öncəyə təsadüf edib. O, 2015/16 mövsümünün gedişində komandaya qoşulub. Avropa Liqasının qrup mərhələsinin “Tottenhem”lə sentyabrın 17-də səfərdə baş tutan görüş debütlə əlamətdar olub. İngiltərədəki matçda da meydan sahibləri qalib gəliblər – 3:1.

Maraqlıdır ki, həm ilk, həm 150-ci qarşılaşması Böyük Britaniyada baş tutan ispaniyalı hər iki məğlubiyyət zamanı 3 qolun buraxılmasına şahid olub. Miçel 4 dəfə Azərbaycan çempionu olduğu Premyer Liqada 92, avrokuboklarda 43, Azərbaycan kubokunda 15 matç keçirib. O, həm də kubokun ikiqat qalibidir. Miçel hazırda “Qarabağ”da çıxış edən oyunçular arasında 6-cı göstəriciyə malikdir. Klubun indiki legionerlərindən yalnız ikisi – milliləşənlər Riçard Almeyda və Bədavi Hüseynov onu qabaqlayır.

Legioner statusuna malik futbolçular arasında isə ispaniyalı liderdir. Klubun tarixinə nəzər salsaq, Miçel 150 və daha çox matça çıxan 28-ci futbolçudur. O, ümumilikdə 7-ci, milliləşənləri saymasaq, 5-ci legionerdir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date