İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib

İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib
# 17 iyul 2019 09:24 (UTC +04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu dəyişiklik reqlamentin turnir cədvəlinin tərtib olunması ilə bağlı bəndi ilə bağlıdır.

2019/20 mövsümündən xallar bərabər olduqda şəxsi oyunların nəticələri əsas götürüləcək. Buna qədər futbolun yaradıcıları top fərqinə üstünlük verirdi.

Qeyd edək ki, Premyer Liqada çempionun top fərqi ilə müəyyənləşməsinə sonuncu dəfə 7 il öncə təsadüf olunub. 2011/12 mövsümündə “Mançester Siti” “Mançester Yunayted”i top fərqində qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR