Klaudio Ranyeri “Sampdoriya”nın baş məşqçisi olub

Klaudio Ranyeri “Sampdoriya”nın baş məşqçisi olub
# 12 oktyabr 2019 19:32 (UTC +04:00)

İtaliyanın “Sampdoriya” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

APA-nın məlumatına görə, Klaudio Ranyerinin bu vəzifəyə təyinatı rəsmiləşib.

67 yaşlı mütəxəssis 2021-ci ilə qədər müqavilə imzalayıb. O, cari mövsümdə 1 milyon avro qazanacaq. Əgər komanda A seriyasında yerini qorusa, baş məşqçi əlavə mükafat əldə edəcək.

O, oktyabrın 7-də istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.

Qeyd edək ki, K.Ranyerinin son klubu “Roma” olub. O, ötən mövsümün sonunda vəzifəsindən ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR