Marko Rossi: "Azərbaycanla görüş üçün də hər şeyi üzərimə götürürəm"

Marko Rossi: "Azərbaycanla görüş üçün də hər şeyi üzərimə götürürəm"
# 12 oktyabr 2019 18:58 (UTC +04:00)

“Azərbaycanla oyun üçün ilk “11-liy”i bu gün baş tutacaq son məşqdən sonra müəyyənləşdirəcəyəm. Şübhəsiz ki, Xorvatiya ilə məğlubiyyəti unutdurmağa çalışacağıq”.

APA-nın məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək matçına həsr olunan mətbuat konfransında iştirak edib. O, görüş barədə fikirlərini açıqlayıb: “Amma nəzərə alın ki, sabahkı rəqib olan Azərbaycanla artıq bir dəfə qarşılaşmışıq. Onlarla görüş çox çətin olacaq. Azərbaycan millisi seçmə mərhələdə artıq bir neçə dəfə öz ustalığını sübut edib. Biz rəqibə böyük hörmətlə yanaşırıq. Lakin komandamız qalib gəlmək üçün mümkün olan hər şeyi edəcək”.

Oktyabrın 10-da Xorvatiyaya 0:3 hesabı ilə uduzan futbolçular barədə danışan M.Rossi onların səhvlərini düzəltməyə çalışacaqlarını qeyd edib: “Belə məğlubiyyətdən sonra hər futbolçu öz səhvini düzəltməyə çalışacaq. Bunu onlara aşılamaq çətin deyil. Mən həmin məğlubiyyətin məsuliyyətini üzərimə götürürəm. Macar dilində baş məşqçiyə federal kapitan deyilir. Mən də bu gəminin kapitanıyam. Sabahkı görüş üçün də hər şeyi üzərimə götürürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR