Oliver Torres: “Qarabağ”la matç bizim üçün böyük oyun idi”

Oliver Torres: “Qarabağ”la matç bizim üçün böyük oyun idi”
# 20 sentyabr 2019 01:00 (UTC +04:00)

“Özümü xoşbəxt hiss edirəm. Çünki işlərimiz yaxşı gedir. Həftədən-həftəyə artırırıq”.

APA-nın məlumatına görə, bunu İspaniyanın “Sevilya” klubunun futbolçusu Oliver Torres deyib.

Avropa Liqasının qrup mərhələsinin I turunun “Qarabağ”la Bakıdakı oyunundan sonra fikirlərini açıqlayan ispaniyalı 3:0 hesablı qələbədən məmnunluğunu gizlətməyib: “Qarabağ”la matç bizim üçün böyük oyun idi. Bu qarşılaşmadan da razı ayrılırıq. Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bunun da öhdəsindən gəldik. Artıq irəli baxa bilərik”.

O.Torres qələbənin necə əldə olunmasına da toxunub: “Biz çox istəkli idik. Hər şey ən yaxşı şəkildə alındı. Vahid kollektiv kimi çalışdıq və çoxsaylı qol imkanları yaratdıq. Boşluqlar tapmaq, eyni zamanda arxada diqqətli olmağı bacardıq. Düzdür, hesabı açmaq çox çətin oldu. Amma məşqlərdə işləyib daha da güclü olacağıq. Əsas çətinlik imkanlardan yararlanmamaqdır. Futbolda isə əsas elə qollardır”.

O.Torres “Qarabağ”la matçdakı uğuru lideri olduqları La Liqada da davam etdirmək istədiklərini söyləyib və “Real”la həftəsonu baş tutacaq görüşdən də danışıb: “Uğurlu çıxışı davam etdirmək istəyirik. “Real”la matçda da hər şeyin əla olacağını düşünürəm. Əminəm ki, liderliyi qoruya biləcəyik. Əsas hədəfimiz qələbə olacaq. Doğma tribunalar önündə bizim üçün ən vacib olan 3 xaldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR