“Qarabağ” – “Partizani” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Partizani” oyununun hakimləri açıqlanıb
# 15 iyul 2019 08:50 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Albaniyanın “Partizani” klubu ilə Bakıda keçiriləcək matçının hakimləri də müəyyənləşib.

İyulun 17-də baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Dumitru Muntean olacaq. Vladislav Lifçiu və Andrey Bodean baş hakimin köməkçiləri, Aleksandru Tean dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Şotlandiyalı Uilyam Yanq matçın hakim-inspektoru təyin edilib. İngiltərə təmsilçisi Maykl Foster isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR