“Qarabağ” rəsmisi ECA-nın ilk iclasında iştirak edib

“Qarabağ” rəsmisi ECA-nın ilk iclasında iştirak edib
# 13 noyabr 2019 22:45 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubunun baş meneceri Asif Əsgərovun da üzv olduğu Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun iclası keçirilib.

APA-nın məlumatına görə, iki ay öncə işçi qrupunun üzvü seçilən həmyerlimizin iştirakı ilə İtaliyanın Milan şəhərində baş tutan ilk iclasında bəzi dəyişikliklər barədə qərar qəbul olunub.

2017-19-cu illər mövsümünə nisbətən 2019-23-cü illər tsiklində işçi qrupunun üzvləri iki dəfə azaldılıb, əvəzində isə daha tanınmış klubların qərarverici şəxsləri bu qrupa üzv seçilib. Həmçinin qrupun sədr və müavinləri müəyyənləşib. A.Əsgərov İşçi Qrupunun sədr müavinlərindən biri seçilib.

Qeyd edək ki, A.Əsgərovun üzv kimi qaldığı qrupa İtaliya “Milan”ını təmsil edən İvan Qazidis sədrlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR