“Sumqayıt” Türkiyə toplanışına heç-heçə ilə başlayıb

“Sumqayıt” Türkiyə toplanışına heç-heçə ilə başlayıb
# 21 iyul 2019 23:41 (UTC +04:00)

2019/2020 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərinin Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, Ayxan Abbasovun yetirmələri Kızılcahamam stadionunda Rumıniyanın “Petrolul Ploieşti” komandası ilə qarşılaşıblar.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Sumqayıtlıların heyətində Şəhriyar Əliyevlə Rüfət Abdullazadə fərqlənib.

Görüşdən sonra “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov rumıniyalılarla oyun barədə fikirlərini klubun saytına açıqlayıb: “Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. Çalışdıq ki, hər kəsə şans verək. Komandanın meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyununu iyulun 24-də Türkmənistan təmsilçisi “Ahal”a qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR