Vircil Van Deyk ilin futbolçusu seçilib

Vircil Van Deyk ilin futbolçusu seçilib
  • Clock-gray 17:44
  • calendar-gray 12 Noyabr 2019

Tanınmış “Goal” internet dərgisi ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, siyahıda 1-ci yeri “Liverpul”un hollandiyalı müdafiəçisi Vircil Van Deyk tutub.

“Barselona”nın argentinalı hücumçusu Lionel Messi 2-ci, “Liverpul”un misirli forvardı Məhəmməd Salah 3-cü yeri tutub. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 4-cü yerlə kifayətlənib.

“Top-10”da Sadio Mane (“Liverpul”, Seneqal), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə), Alison Beker (“Liverpul”, Braziliya), Frenki De Yonq (“Ayaks”/“Barselona”, Hollandiya), Bernardu Silva (“Mançester Siti”, Portuqaliya) və Kilian Mbappe (PSJ, Fransa) da yer alıblar.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date