Aksiyanın təşkilatçısı: İrandakı anti-Azərbaycan, anti-türk məqamlara diqqət çəkəcəyik

Aksiyanın təşkilatçısı: İrandakı anti-Azərbaycan, anti-türk məqamlara diqqət çəkəcəyik
# 23 mart 2023 14:39 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, martın 25-də Avropada yaşayan azərbaycanlıların Brüsseldə İrana qarşı etiraz aksiyası baş tutacaq.

Aksiyanın təşkilatçılarından olan Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Macid Araz APA-ya açıqlamasında İrandakı anti-Azərbaycan, anti-türk məqamlarına diqqət çəkərək aksiyanı sözügedən siyasətə etiraz adlandırıb:

"Mitinqin adı "Azadlıq və ədalət yürüşü"dür. Əsas şüarımız isə "Azadlıq, ədalət, Milli Hökumət" tələbidir. Mitinqdə həm güney, həm quzey azərbaycanlıların olacağını gözləyirik. Həmçinin Türkiyədən də iştirakçılar olacaq. Çünki bu, dünya azərbaycanlılarının İranın faşist, anti-Azərbaycan, anti-türk, şovinist siyasətinə etirazdır. Aylardır, İranda davam edən etirazları İran dövləti qan tökməklə basdırıb. Bildiyiniz kimi, 500-dən çox insan həyatını itirib, onların əsas hissəsi Azərbaycan türkləridir. Biz də öz səsimizi, güney azərbaycanlılarının səsini dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik".

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR