Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası başlayıb - FOTO - VİDEO

Xordad hadisələrinin ildönümü ilə bağlı Berlində etiraz aksiyası başlayıb - FOTO  - VİDEO
# 20 may 2023 16:02 (UTC +04:00)

Mayın 20-də Almaniyanın paytaxtı Berlində Xordad hadisələrinin 17-ci ildönümü ilə bağlı etiraz aksiyası başlayıb.

Bu barədə APA-ya yürüşün təşkilatçılarından olan Mahmud Bilgin məlumat verib.

Onun sözlərinə görə, aksiyada iştirak edən azərbaycanlı milli fəallar Berlinin mərkəzinə doğru yürüş təşkil edirlər.

Aksiyada Xordat hadisələri ilə bağlı Azərbaycan, alman və ingilis dillərində şüarlar səsləndirilir, plakatlar qaldırılır, onu törədənlər pislənilir.

Qeyd edək ki, 12 may 2006-cı ildə İran dövlətinin rəsmi orqanı olan “İran” qəzetinin müvafiq sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edilib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar.

Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd kimi şəhərlərdə qısa müddət sonra kütləvi etirazlar başlayıb.

İran hüquq-mühafizə orqanları aksiyaların böyüməsinin qarşısını almaq məqsədilə, gücdən istifadə edərək dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmaq üçün tədbirlər görməyə başlayıb.

Etirazlar zamanı 30-dan çox soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, həmçinin çoxsaylı aksiya iştirakçısı həbs edilib.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR