Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan Ordusunun zabiti Pyotr Moçalovun məhkəməsi başlayıb

Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan Ordusunun zabiti Pyotr Moçalovun məhkəməsi başlayıb
# 15 dekabr 2006 13:19 (UTC +04:00)
Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Hakim İsgəndər Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə ittiham aktı elan edilib. Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan P. Moçalov maddi gəlir əldə etmək məqsədilə Azərbaycanın hərbi və dövlət sirlərini Rusiyaya verib. 1961-ci ildə Bakıda anadan olmuş P. Moçalov keçmiş SSRİ ordusunda xidmət edib. Hərbi təhsilini Sankt-Peterburqda alalan Moçalov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 1998-ci ildə isə kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Araşdırmalar nəticəsində onun Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin qərargah rəisinin köməkçisi işləyərkən hər birinin müqabilində 300-400 dollar aldığı məlumatları Rusiya tərəfə ötürdüyü müəyyənləşib. Pyotr Moçalov ötən ilin oktyabrında həbs olunub. Məhkəmə prosesi davam edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR