Gəncə Şəhər Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinənlərin məhkəməsi başlayır

Gəncə Şəhər Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinənlərin məhkəməsi başlayır
# 15 dekabr 2006 14:14 (UTC +04:00)
Dekabrın 26-da Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımov və Pərviz Məmmədovun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Bu haqda APA-ya məhkəmədən məlumat verilib. Məhkəmə prosesi Gəncə şəhər məhkəməsinin binasında keçiriləcək. Xatırladaq ki, Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Onunla bərabər eyni maşında olmuş Pərviz Məmmədova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Hazırda hər iki təqsirləndirilən Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR