Azərbaycan əsgəri Samir Məmmədovun erməni tərəfə könüllü keçməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil

Azərbaycan əsgəri Samir Məmmədovun erməni tərəfə könüllü keçməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil
# 26 dekabr 2006 11:31 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, faktla bağlı BQXK-ya bütün lazımi məlumatlar çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə APA-ya bildirib ki, Qazaxdakı “N” saylı hərbi hissənin əsgəri S.Məmmədov Bərdə Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Onun hansı şəraitdə əsir götürülməsi azad edildikdən sonra müəyyənləşdiriləcək. Əsgərin ailə üzvləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, kiçik çavuş, manqa komandiri S.Məmmədovun sağlamlıq durumu normal olub. S.Məmmədov 10 gün əvvəl evlərinə gələrək, Bakıda təlim keçmək üçün lazım olan sənədləri toplayıb və hərbi hissəyə qayıdıb. Hərbçilər ailəsinə S.Məmmədovun hərbi hissəni özbaşına tərk etməsi barədə məlumat veriblər. APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, kiçik çavuş hərbi hissədən 15 km aralıda, neytral zonada əsir götürülüb. O, neytral zonaya keçdiyini başa düşərək gizlənməyə çalışıb. Amma ermənilər buna imkan verməyiblər və azərbaycanlı hərbçini əsir götürüblər. S.Məmmədovun qarşı tərəfə könüllü keçməsi barədə erməni mənbələrinin yaydığı məlumatlar isə həqiqətə uyğun deyil.
Qeyd edək ki, S.Məmmədov Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR