Bakıda məktəblərin kompüterləşməsi və elektron kitabxanaların yaradılması bu il başa çatdırılacaq

Bakıda məktəblərin kompüterləşməsi və elektron kitabxanaların yaradılması bu il başa çatdırılacaq
# 23 yanvar 2007 12:53 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2007-2010-cu illər üçün fəaliyyət planının hazırlanmasına başlanılıb. Bu məlumatı APA-ya idarənin rəis müavini Hüseyn Əsgərov verib. Onun sözlərinə görə, BŞTİ-nin cari il üçün fəaliyyət planı artıq hazırdır. Plana idarənin bu il həyata keçirəcəyi tədbirlər daxil edilib: “Ölkə prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhərində məktəblərin kompüterləşməsi həyata keçirilir. Ölkə prezidentinin sərəncamına əsasən respublikanın məktəblərinə 50 min dəst kompüter veriləcək. Bu gün Bakıdakı 325 orta məktəbdən 320-si gündüz ümumtəhsil məktəbi sayılır. Biz onların hamısını müasir kompüterlərlə, eyni zamanda elektron dərsliklə təmin etməliyik. Məktəblərin kompüterləşməsi, elektron kitabxanaların yaradılması bu il başa çatdırılacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR