Hacı Məmmədovun dəstəsinin 18 üzvü 1 saylı Bayıl istintaq təcridxanasına köçürülüb

Hacı Məmmədovun dəstəsinin 18 üzvü 1 saylı Bayıl istintaq təcridxanasına köçürülüb
# 23 yanvar 2007 16:24 (UTC +04:00)
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, yalnız Hacı Məmmədov və dəstə üzvləri Aslanbek Çintamirovla Fərhad Məmmədbəyov, Elçin Əliyev MTN-in istintaq təcridxanasında saxlanılıb. Təqsirləndirilən şəxslərdən Zakir Nəsirovun vəkili Adil İsmayılov APA-ya bir qrup dəstə üzvünün 1 saylı Bayıl istintaq təcridxanasına köçürüldüyünü təsdiqləyib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən də APA-ya bildirilib ki, 18 nəfər 1 saylı Bayıl istintaq təcridxanasına köçürülüb. Onlardan 7-si azadlıqdan ömürlük məhrum edilmiş, 11-i isə müxtəlif cəza almış şəxsdir. H. Məmmədov və onun bacısı oğlu Elçin Əliyev hazırda MTN-dədir. Dəstə üzvlərindən Nailə Quliyeva isə Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürülüb.
Qeyd edək ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən 10-u - DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov, həmin idarənin sabiq şöbə rəisi Kamil Sədrəddinov, Musa Dabuyev, Aslanbek Çintamirov, Malik Məmmədov, Yagir Məmmədov, Husain Abdulvahabov, Hacı Məmmədov, Eldar Rəhimov, Fərhad Məmmədbəyov ömürlük həbs cəzasına məhkum edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR