Lənkəranda ağır yol qəzası baş verib

Lənkəranda ağır yol qəzası baş verib
# 27 yanvar 2007 09:38 (UTC +04:00)
Yanvarın 26-sı saat 22:00 radələrində Lənkəran-Boradigah avtomobil yolunun Vizvan kəndi ərazisində ağır yol qəzası baş verib. Lənkəran Şəhər Polis şöbəsinin müstəntiqi İsmayıl Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, əllərində Ələm olan bir qrup şəxs məscidə gedərkən yolun hərəkət hissəsinə çıxıb, nəticədə Separadi kənd sakini, 1965-ci il təvəllüdlü Fərhad Qulamoğlu Məmmədov idarə etdiyi QAZ-31 markalı D-F 289 dövlət nömrə nişanlı avtomaşınla onları vurub. Dörd nəfər - Gil kənd sakinləri 1990-cı il təvəllüdlü Ramiz Zaur oğlu Tağızadə və 1992-ci il təvəllüdlü Nurlan Məhəmməd oğlu Əkbərov, Xarxatan kənd sakinləri 1982-ci il təvəllüdlü Vüsal Kamal oğlu Dadaşov və 1984-cü il təvəllüdlü Bəhruz Cəfrail oğlu Cəfərov müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. R.Tağızadə, N.Əkbərov və B. Cəfərov ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Vüsal Dadaşov isə kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzi rayon Xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, onun vəziyyəti ağırdır. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR