Tiflisdə Cənubi Qafqaz ölkələrinin səhiyyə məsələlərinə həsr olunmuş konfransı keçirilir

Tiflisdə Cənubi Qafqaz ölkələrinin səhiyyə məsələlərinə həsr olunmuş konfransı keçirilir
# 27 yanvar 2007 10:39 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tiflisdə Cənubi Qafqaz ölkələrinin səhiyyə məsələlərinə həsr olunmuş konfrans keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki günlük konfransda Gürcüstan, Azərbaycan və Ermənistanla yanaşı, İsraildən də nümayəndələr iştirak edir. Tiflis Tibb Universitetində (TTU) təşkil olunmuş konfransda səhiyyə sisteminin inkişaf perspektivləri müzakirə olunur. Konfransın təşkilat komitəsinin üzvü, TTU-nun professoru David Zarnadze APA-ya bildirib ki, tərəflər arasında tədris, elm və digər proqramların inkişafına dair qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR